qarabag meglub yeni

“Qarabağ” futbol klubunun ev oyunlarını keçirdiyi “Azərsun Arena”nın ot örtüyündə renovasiya işləri aparılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Aparılan yenilənmə və bərpa işlərindən sonra bölgə təmsilçisi ev oyunlarını yenidən “Azərsun Arena”da keçirəcək.

Komanda Misli Premyer Liqasının XI turunda “Turan Tovuz”u sözügedən arenada qəbul edəcək.

Əvəzində isə “Qarabağ“ın mövsümün əvvəlki oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda renovasiya və yenilənmə işlərinə start veriləcək.

Qeyd edək ki, “Azərsun Arena” ötən mövsümün sonlarında bərpa işləri üçün bağlanmışdı.

Paylaş: