Messi yeni klubunu açıqladı

Argentina millisinin futbolçusu Lionel Messinin ABŞ-ın “İnter Mayami” komandasına keçidi rəsmiləşib.

Globalinfo.az xəbər verir ki, bu barədə 36 yaşlı hücumçunun özü açıqlama verib:

“Barselona”ya qayıtmıram, “İnter Mayami”yə keçirəm”.

Qeyd edək ki, müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, hər ilinə 50 milyon avro maaş alacaq.

Xatırladaq ki, “İnter Mayami” klubunun sahibi əfsanəvi futbolçu Devid Bekhemdir.