
Türkiyənin “Fənərbağça” klubu portuqaliyalı mütəxəssis Serjiu Konseysau ilə baş məşqçi vəzifəsi üçün razılıq əldə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, 51 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanması nəzərdə tutulur. Konseysau İstanbul təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Liverpul”la keçirəcəyi qarşılaşmanı tribunadan izləyəcək.
Qeyd edək ki, Türkiyə Superliqasında 16 xalla altıncı pillədə qərarlaşan “Fənərbağça” bir neçə gün əvvəl baş məşqçi İsmayıl Kartalla yollarını ayırıb. Serjiu Konseysau son olaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çalışıb.
Əliyar Xəlil,