
“İranın ali rəhbəri Müctəba Xameneinin ABŞ və İsrailə qarşı mümkün hərbi cavabın coğrafi məhdudiyyət olmadan həyata keçirilməsi barədə göstəriş verdiyi iddia olunur”.
Globalinfo.az xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan deyib.
Onun sözlərinə görə, Xamenei İran Silahlı Qüvvələrinin ali komandanlıq nümayəndələri ilə görüşdə ölkəyə hücum olactəağı təqdirdə, ABŞ və İsraillə əlaqəli infrastruktura dərhal və effektiv zərbələr endirilməsi barədə göstəriş verib.
Voskanyan bu açıqlamada iki məqamın diqqət çəkdiyini bildirib:
“Müctəba Xameneinin hərbi komandanlıqla birbaşa görüşərək göstərişlər verməsi və mümkün cavab zərbələrinin coğrafi məhdudiyyətinin olmaması”.
İranşünas ehtimal edib ki, belə bir ssenaridə zərbələr digər ölkələri də əhatə edə bilər:
“Mümkün müharibə zamanı hansı ölkələrin hədəf seçiləcəyinə dair dəqiq cavab yalnız İrandakı məhdud sayda qərarverici şəxslərə məlumdur”.
Safura Bənnayeva
Globalinfo.az