Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Globalinfo.az xəbər verir ki, Ərdoğan ukraynalı həmkarını İstanbulda yerləşən Dolmabağça iqamətgahında qəbul edib.
Nümayəndə heyətlərinin qarşılıqlı salamlaşmasından sonra iki ölkənin liderləri təkbətək danışıqlara başlayıblar.
Görüşlərdə Türkiyənin müdafiə naziri Yaşar Gülər, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov da iştirak edirlər.
Qeyd edək ki, Zelenski daha əvvəl Türkiyə Prezidenti ilə danışıqlarda ikitərəfli əməkdaşlığın, Rusiya–Ukrayna müharibəsinin diplomatik yolla başa çatdırılması perspektivlərinin müzakirə olunacağını bildirmişdi.
Liderlərin görüşündə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələsinin də müzakirə ediləcəyi gözlənilir.
Əliyar Xəlil