Türkiyəli müğənni Güllünün qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı kimi çalışdığı müddətdə xəstələrlə rəftarı barədə bir sıra ciddi iddialar ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara əsasən, Gülterin keçmiş nişanlısı Kərvan Eminoğlu onun fəaliyyəti ilə bağlı Yalova Baş Prokurorluğuna müraciət edib. O, şikayət ərizəsi ilə yanaşı, iddiaları təsdiqlədiyini düşündüyü bəzi görüntüləri də istintaqa təqdim edib.
Müraciətdə Gülterin bəzi xəstələrə yatızdırıcı iynə vurduğu bildirilir. Bundan başqa, reanimasiya şöbəsində müalicə alan pasiyentlərə qarşı etik davranışlar göstərdiyi və bəzi xəstələrin ölüm saatlarını dəyişdirdiyi də iddia olunur.
Yalova Vilayət Səhiyyə İdarəsi yayılan məlumatlarla bağlı açıqlamasında özəl tibb müəssisəsinin keçmiş əməkdaşının fəaliyyəti barədə iddiaların araşdırıldığını təsdiqləyib.
Xatırladaq ki, Tuğyan Ülkəm Gülter anası, müğənni Güllünün ölümü ilə bağlı cinayət işi çərçivəsində ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Onun tibb bacısı işlədiyi dövrlə bağlı irəli sürülən iddialar üzrə araşdırmalar isə davam edir.