GettyImages 2286076267 bc89024f 3

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın Birbaşa İnvestisiyalar Fonduna (RBİF) tətbiq olunan sanksiyaların aradan qaldırılması ehtimalını nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti danışıqların gedişindən məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, Rusiya tərəfi ABŞ-yə dizel yanacağının tədarükünün təşkili prosesində fondun iştirak etməsi ilə bağlı aparılan danışıqlar çərçivəsində məhdudiyyətlərin ləğvinə nail olmağa çalışır.

ABŞ rəsmilərindən biri fondun sanksiya siyahısından çıxarılması ilə bağlı müraciətin müəyyən edilmiş prosedur əsasında nəzərdən keçirildiyini təsdiqləyib.

Onun sözlərinə görə, bu addım Rusiya ilə ABŞ arasındakı münasibətlərin yaxşılaşdırılmasına və Ukraynadakı münaqişənin həllinə yardım göstərilməsinə xidmət edə bilər.

Qəzetin yazdığına əsasən, Rusiya Birbaşa İnvestisiyalar Fondu rus dizel yanacağının amerikalı alıcılara çatdırılmasında vasitəçi olmağı təklif edib. Bu təşəbbüsün həyata keçirilməsi üçün mövcud sanksiyaların yumşaldılması tələb oluna bilər.

Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi hesab edir ki, oktyabrın 9-da Rusiya dizel yanacağına qarşı sanksiyaların tətbiqinin müvəqqəti dayandırılması fondun bu cür əməliyyatlarda iştirakına artıq şərait yaradır.

Mənbələrin bildirdiyinə görə, fondun sanksiya siyahısından tamamilə çıxarılması üçün məhdudiyyətlərin tətbiqinə əsas verən səbəblərin artıq mövcud olmadığını sübut etmək lazımdır.

Məsələ ilə bağlı hələlik yekun qərar verilməyib.

Paylaş: