Araqci 13

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ hərbi qüvvələrini İranın yaxınlığındakı bölgələrdən geri çəkilməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, Əraqçı bu barədə sosial şəbəkədəki paylaşımında bildirib.

O qeyd edib ki, regionda yerləşən xarici qüvvələr insan səhvləri, təsadüfi insidentlər və ya qarşıdurma zamanı çarpaz atəş riski ilə üzləşə bilərlər. Onun fikrincə, bu risklərin minimuma endirilməsi üçün ən düzgün addım həmin qüvvələrin bölgəni tərk etməsidir.

İranlı nazir həmçinin Hörmüz boğazının hüquqi statusuna da toxunub. O qeyd edib ki, boğaz beynəlxalq sular hesab edilmir və İranla Oman arasında bölünür.

Əraqçı əlavə edib ki, bu ərazi ABŞ sahillərindən minlərlə kilometr uzaqda yerləşir və dəniz sərhədləri beynəlxalq hüquq baxımından aydın şəkildə müəyyən olunub.

Tahir Turan
Globalinfo.az

Paylaş: