WhatsApp Image 2025 09 26 at 15.17.11

İtaliya ordusunun modernləşdirilməsi çərçivəsində 30 yeni tank və 48 zirehli döyüş maşınının alınması planlaşdırılır. Sifarişin ümumi dəyərinin 3,7 milyard avro olacağı gözlənilir.

Globalinfo.az bildirir ki, hərbi texnikanın İtaliyanın “Leonardo” və Almaniyanın “Rheinmetall” şirkətlərinin birgə müəssisəsi tərəfindən istehsal edilməsi nəzərdə tutulur.

Bu texnikanın İtaliya ordusunda uzun müddətdir istifadə edilən “Ariete” tanklarını mərhələli şəkildə əvəz etməsi planlaşdırılır.

Sifarişin digər hissəsini isə hərbçilərin daşınması və döyüş şəraitində qorunması üçün nəzərdə tutulan 48 ədəd “Lynx” zirehli döyüş maşını təşkil edir. Onların İtaliya ordusunun arsenalında olan Dardo zirehli maşınlarını əvəz etməsi gözlənilir.

Məlumata görə, yeni sifariş əvvəllər alınması nəzərdə tutulan 21 ədəd Lynx zirehli maşınına əlavə edilə bilər. Bu addım İtaliyanın quru qoşunlarının modernləşdirilməsi proqramının genişləndirilməsinə imkan verəcək.

Müqavilələrin rəsmiləşdirilməsi halında, bu sifariş Panther platformasının yeni nəsil versiyası üçün ilk istehsal sifarişi olacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: