
FIFA Hakimlər Komitəsinin sədri, sabiq futbol hakimi Pyerluici Kollina Azərbaycana səfər edib.
Globalinfo.az “CBC Sport”a istinadən xəbər verir ki, Kollina Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatını və festivalını izləmək məqsədilə paytaxta gəlib.
Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq.
Xatırladaq ki, bu gün Kamerun millisinin sabiq hücumçusu, hazırda ölkəsinin Futbol Federasiyasının prezidenti olan Samuel Eto’O da Bakıya gəlib. Bundan əvvəl isə “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Azərbaycana səfər edib.