
Son günlər Xəzər dənizinin suyunda köpüklənmə müşahidə edilir. Yaranmış vəziyyət sahilboyu su hissəsini əhatə edir.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən bildirilib ki, qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib:
“Sudan nümunələr götürülüb və xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim edilib. Analizlərin nəticələri açıqlandıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək”.
Həmin görüntüləri təqdim edirik: