Əfqanıstanda Taliban rejiminin daxili işlər naziri Siracuddin Həqqaninin tərəfdarları ilə görüşünü əks etdirən görüntülər yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Kadrlarda zirehli avtomobildə hərəkət edən Həqqaninin maşının pəncərəsindən insanlara pul payladığı, ətrafına toplaşan şəxslərin isə onun əllərini və üzünü öpməyə çalışdığı görünür.
Mühafizəçilərin müşayiəti ilə hərəkət edən nazir tərəfdarlarından bəzilərinə 1000 əfqani dəyərində əskinaslar verir.
Safura Bənnayeva
Globalinfo.az