mm 1

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.

Globalinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək.

Yığma saat 12:45-də Andorra ilə qarşılaşacaq.

Komanda günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Görüş saat 19:30-da başlayacaq.

Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib.

Paylaş: