ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton Rusiya və Ukraynanın münaqişənin nizamlanması ilə bağlı danışıqlara qayıtmağa razılaşdığını düşünür.
Globalinfo.az xəbər verir ki, Vens bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Düşünürəm ki, hər iki ölkə danışıqlar masasına qayıtmağa razılaşıb. Sülh sazişinin əldə olunmamasının səbəbi danışıqlarda müzakirə edilən bəzi məsələlərlə bağlı tərəflərin mövqeləri arasında ciddi fərqlərin olmasıdır”, – deyə ABŞ-ın vitse-prezidenti vurğulayıb.
Əliyar Xəlil