kendr

Daşkəsən rayonu Mollahəsənli kəndinin köçürülməsi prosesinə başlanılır.

Globalinfo.az ölkə.az-a istinadən xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC bununla bağlı hazırlıqlar görür.

Köçürülməsi prosesinin qiymətləndirilməsi “İqlimLTD” MMC-yə tapşırılıb.

Qiymətləndirmə işlərinə 259 min 305 manat xərclənəcək.

Köçürmə işlərinin dağ-mədən sənayesində hasilat layihələri çərçivəsində sənaye obyektlərinin mühafizə zonasına düşən torpaqların və ya yaşayış hissələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı olduğu ehtimal olunur.

Paylaş: