Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) “Regional Su Meliorasiya” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.
Globalinfo.az mia.az-a istinadən xəbər verir ki, bu barədə “Regional Su Meliorasiya” QSC məlumat yayıb.
Bildirilib ki, iclasda “Regional Su Meliorasiya Xidməti”nin Prezidentin sərəncamı ilə publik hüquqi şəxsdən QSC-yə çevrilməsi prosedurunun qaydalara uyğun şəkildə icra olunduğu, yeni statusun regionların su təchizatının idarə olunmasında daha effektiv nəticələr verə biləcəyinin detalları müzakirə edilib.
Müşahidə Şurasının qərarına əsasən qurumun sədr müavini Elçin Zahid oğlu Məmmədov ADSEA-nın tabeliyidəki “Regional Su Meliorasiya”ya icraçı direktoru təyin olunub. Elçin Məmmədov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri, baş nazirin köməkçisi Əhməd Əhmədzadənin bacısı oğludur.
Qeyd edək ki, “Regional Su Meliorasiya Xidməti” PHŞ-nin keçmiş sədri Zakir Bəybala oğlu Quliyev ADSEA sədrinin əmrinə əsasən Agentlik sədrinin müşaviri təyin edilib.
Elçin Məmmədov