eli esedov

Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Sənədə əsasən, Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri

Müdafiə sənayesi naziri

Kollegiyanın üzvləri:

Müdafiə sənayesi nazirinin müavinləri

Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri

Müdafiə Sənayesi Nazirliyi Aparatının Hüquq şöbəsinin müdiri

Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri

Müdafiə Sənayesi Nazirliyi Aparatının Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri

Müdafiə Sənayesi Nazirliyi Aparatının Sənayenin tənzimlənməsi şöbəsinin müdiri

Müdafiə Sənayesi Nazirliyi Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri.

X X X

Nazirlər Kabineti “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nı təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Strategiyada qeyd olunan “xalis 0 emissiya” hədəfinə nail olunması məqsədilə İqtisadiyyat Nazirliyi ölkə iqtisadiyyatının sahələri üzrə dekarbonlaşma tədbirlərinin müvafiq dövlət proqramları və strategiyalarına, milli fəaliyyət planlarına və digər sənədlərə inteqrasiyasını aidiyyəti qurumlarla əlaqələndirməklə təmin etməli, Maliyyə Nazirliyi dekarbonlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin etməlidir.

Strategiyada nəzərdə tutulmuş 2060-cı ilədək “xalis 0 emissiya” hədəfinə (şərtli hədəfə) nail olunmasının əlavə maliyyə resurslarının (beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyi, texnologiyaların ötürülməsi, güzəştli kreditlər, özəl sektor investisiyaları) cəlb edilməsindən asılı olacağı nəzərə alınmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Strategiyanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim etməli, aidiyyəti qurumlarla birlikdə Strategiyanın məqsədləri və hədəfləri barədə ictimaiyyətin məlumatlandırılmasını, onun təbliğini, habelə elmi müəssisə və təşkilatların, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ictimai təqdimatının keçirilməsini təmin etməli, Strategiyanın icrasına dair monitorinqi həyata keçirsin və onun nəticələrini iki ildən bir İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasına təqdim etməlidir.

Paylaş: