trump iran

ABŞ Prezidenti Donald Tramp İranla hazırda hər hansı danışıqların aparılmadığını bəyan edib və yaxın günlərdə müəyyən hadisələrin baş verə biləcəyinə işarə vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Xeyr, məncə, İranla danışıqlar aparılmır. Bununla belə, yaxın vaxtlarda müəyyən hadisələrin şahidi olacağıq”, – deyə ABŞ lideri bildirib.

Tramp mümkün hadisələrin nə zaman baş verə biləcəyi ilə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinə görə, bir çoxları proseslərin seçkilərdən sonraya təsadüf edəcəyini düşünür:

“Əksəriyyət bunun seçkilərdən sonra baş verəcəyini düşünür. Görək nə olacaq”.

Ağ Ev rəhbəri hansı hadisələrdən bəhs etdiyini, eləcə də onların hansı formada baş verə biləcəyini dəqiqləşdirməyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: