uyyu

ABŞ Prezidenti Donald Trampın administrasiyasında yeni kadr dəyişikliyi baş verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri Trampın müşavirinə istinadən məlumat yayıb. Qeyd olunub ki, Ağ Evin mətbuat katibi Kitti Zakarianın yaxın günlərdə vəzifəsindən ayrılması ehtimal olunur.

Bu həftə sözügedən vəzifəyə təyin edilən Zakarianın postunda uzun müddət qalmayacağı gözlənilir. Mənbənin məlumatına əsasən, onun yaxın bir neçə gün ərzində vəzifəsini tərk etməsi mümkündür.

Bununla belə, Zakarianın mümkün ayrılmasının səbəbləri, eləcə də onun yerinə kimin təyin oluna biləcəyi barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: