Varşava Kiyevə hərbi yardımı, o cümlədən avadanlıq və sursat təchizatını kəskin şəkildə azaldıb, çünki köçürülə biləcək əşyaların əksəriyyəti artıq çatdırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış bildirib.
“Biz yardım göstərməyə davam edirik. Əlbəttə ki, xeyli az. Çünki verilə biləcək şey artıq verilib”, – deyə hərbi idarənin rəisi bildirib.
Kosiniak-Kamış vurğulayıb ki, 2023-cü ilin sonunda hakimiyyətə gələn Donald Tusk hökuməti artıq raketlər, bombalar, qumbaraatan sursatları, eləcə də təyyarə ehtiyat hissələri və şəxsi avadanlıqlar təmin edib.
Tahir Turan
Globalinfo.az