zelenski tramp

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın Ukraynada hakimiyyət dəyişikliyi ilə bağlı sərt tələbinə cavab verib.

Globalinfo.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Tramp Ukraynada lideri dəyişmək istəyirsə, bunu yalnız xalqımızın edə biləcəyini anlamalıdır.

O, Ukraynada prezident seçkilərinin keçirilməsinə hazır olduğunu vurğulayıb. Bununla belə, seçkilərin hazırlanması və təşkili üçün azı 60 günlük atəşkəsin tələb olunduğunu qeyd edib.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Kiyev seçkilər keçirmək qərarına gəlsə, səsvermə günü Ukraynaya zərbələri dayandırmağa hazır olduğunu açıqlayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə döyüş əməliyyatlarında 60 günlük fasilə verilməsi ehtimalını istisna edib. O, bunu Zelenskinin əsassız olaraq əlavə möhlət əldə etmək istəyi ilə əlaqələndirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: