
“X” sosial şəbəkəsinin fəaliyyətində genişmiqyaslı problemlər yaranıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector” xidməti məlumat yayıb.
Məlumata görə, ABŞ-dəla təxminən 25,8 min istifadəçi nasazlıqlar barədə məlumat verib. Böyük Britaniya, Fransa, Yaponiya və digər ölkələrdə də nasazlıqların qeydə alındığı bildirilir.
İstifadəçilərin 69%-i saytın işindən şikayət edib, 24%-i tətbiqin işində dayanmaların baş verdiyini qeyd edib, daha 8%-i isə serverlərə qoşulmaqda çətinlik çəkib.