dron

Ukrayna ordusu Beynəlxalq Qırmızı Xaç komitəsinin humanitar missiyasına hücum edib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova çıxış edib.

O qeyd edib ki, missiyanın anbar yaxınlığında olan yük maşını hücuma məruz qalıb. Yana Lantratova bildirib ki, obyektdə qurumun simvolları olub və bu səbəbdən də hücum təsadüf xarakter daşımayıb:

“Mən beynəlxalq insan hüquqları qurumlarına – ilk növbədə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının İdarəsinə – müraciət edirəm. Bu hücuma dərhal reaksiya verilməsini tələb edirəm”.

Paylaş: