“3+3” regional əməkdaşlıq platformasına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi yeri Azərbaycan və Ermənistan müəyyənləşdirməlidir. Rusiya isə bunun üçün lazımi dəstəyi göstərməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB-nin dördüncü departamentinin direktoru Mixail Kaluqin “RİA Novosti”yə müsahibəsində deyib.
O, format çərçivəsində praktiki əməkdaşlığın genişləndirildiyini də qeyd edib.
“İyun ayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda “3+3” formatının ekspertlər xətti fəaliyyətə başlayıb. Görüşdə Gürcüstan da daxil olmaqla, regionun altı ölkəsindən politoloqlar iştirak edib.
Oktyabr ayında Moskvada keçiriləcək “Rusiya Enerji Həftəsi” beynəlxalq forumu çərçivəsində format daxilində enerji əməkdaşlığı məsələləri üzrə ilk görüşün keçirilməsi planlaşdırılır”, – deyə diplomat vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az