konsulluq tebriz 1

“Tehran rejiminin Təbrizdə konsulluğumuza terror aktı təşkil etməsi mümkündür”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Təbrizdə Azərbaycan konsulluğunun qarşısında “Hüseyniyyun” təşkilatının keçirdiyi aksiya sıradan akt deyil:

“Nəzərə alaq ki, bu təşkilat SEPAH-a tabedir. Əsas məqsəd ölkəmizə qarşı xaricdə və daxildə terror və təxribatlar həyata keçirməkdir. İranın molla rejimi bütün qırmızı xətləri keçib və onun üçün müqəddəs deyilən bir nəsə yoxdur”.

Politoloq Tehranda səfirliyimizə qarşı silahlı terrordan əvvəl də bu kimi etiraz aksiyalarının təşkil olunduğunu qeyd edib:

“Sonrakı prosesdə silahlı terror əmri verildi. Təbrizdə konsulluğumuza qarşı etiraz aksiyaları məhz eyni işin davamıdır. İran Azərbaycan üçün Ermənistandan da təhlükəli bir ölkə olub. Elə bil konsulluq İranda deyil, Ermənistandadır. Bu etiraz aksiyasını təşkil etməklə İran rejimi Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlıdır. Yenidən terror planlaşdırır. Ona görə də Təbrizdəki konsulluğun təhlükəsizliyi təmin edilmirsə, oradakı diplomatları ölkəyə gətirmək lazımdır. Türkiyə səfirliyi Azərbaycanı orada təmsil etsin”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: