Rusiya səfirliyinə hücum edildi

Aprelin 7-dən 8-nə keçən gecə naməlum şəxslər Rusiyanın Litvanın paytaxtı Vilnüsdə yerləşən səfirliyinə “Molotov kokteyli” atıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Litva Polis Departamenti məlumat yayıb.

Bildirilib ki, gecə saat 3 radələrindən naməlum şəxs təxminən yarım saat fasilə ilə səfirlik binasına iki dəfə “Molotov kokteyli” atıb. Nəticədə binanın divarına ziyan dəyib.

Məlumata görə, hazırda binaya dəymiş zərərin məbləği hesablanır.

Hücumu törədən şəxsin kimliyi müəyyən edilməyib. Faktla bağlı istintaq başlayıb, araşdırma aparılır.

Ayşən Mustafa
Globalinfo.az