Serj Sargsyan 9 900x600 1

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanla bağlı yeni cinayət işi başlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Sərkisyan 2004-cü ildə müdafiə naziri vəzifəsində çalışdığı dövrdə nazirliyin balansında olan istirahət zonasının bazar dəyərindən aşağı qiymətə satılması ilə bağlı araşdırmaya cəlb olunub.

Məlumata əsasən, həmin daşınmaz əmlak 500 min ABŞ dollarına satılıb. Lakin aparılan qiymətləndirməyə görə, obyektin dəyəri bir il sonra 700 min dollar təşkil edib.

Prokurorluq sövdələşmənin qanuniliyini araşdırır.

Faktla bağlı cinayət işi başlanıldığı bildirilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: