Yevlaxda müəmmalı şəkildə yoxa çıxan şəxsin maşını tapıldı, özü isə… – FOTO

Dekabrın 30-da Yevlax rayonunda avtomobili ilə itkin düşən şəxsdən 10 gündən artıqdır xəbər yoxdur.

Globalinfo.az xəbər verir ki, Hacıselli kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəşad Kərimovun itkin düşədən sonra idarə etdiyi “Niva” markalı avtomobil tapılıb. Belə ki, onun avtomobili saz vəziyyətdə rayonun Xanabən kəndi yaxınlığında Şirvan kanalının sahilində meşəlik ərazidə aşkar edilib. Avtomobildə hər hansı qeyri-adi iz tapılmayıb. Yaxınları Rəşadın balıq tutmaqla məşğul olmadığını, onun avtomobilinin hansı səbəbdən həmin əraziyə gedib çıxdığını bilmədiklərini deyiblər.

O da bildirilib ki, Rəşad Kərimov Yevlaxda göyərti əkib-becərilməsi ilə məşğul olub.

Hazırda 40 yaşlı şəxsin axtarışları davam etdirilir.

Malik
Globalinfo.az