Araqci 1 900x563 1

İranın xarici işlər naziri Abbas Əraqçi Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını rədd edib.

Globalinfo.az xəbər verir ki, söhbət Firford hava bazası yaxınlığında baş verən insidentdən gedir.

Əraqçi Britaniya tərəfinin ittihamlarının əsassız olduğunu bildirib.

O, bu mövqeyini həmin iş üzrə saxlanılan beş şübhəlinin məhkəmə qərarı ilə zaminə buraxılması ilə əlaqələndirib:

“Şübhəlilərin azadlığa buraxılması Londonun irəli sürdüyü iddiaların əsaslı olmadığına işarə edir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: