WhatsApp Image 2026 03 28 at 02.58.54

Rusiyada ən azı üç şəhərdə oktyabr ayında ilk qar yağacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Meteo” proqnoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov “RİA Novosti”-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq ayın ilk həftəsində – 2 və 3 oktyabr tarixlərində Yekaterinburqda qar yağacaq.

“Kazanda və Ulyanovskda sulu qar gözlənilir”, – sinoptik əlavə edib.

Şuvalovun sözlərinə görə, hazırda Moskvada qar yağacağı proqnozlaşdırılmır.

Qeyd edək ki, Azərbaycanda da oktyabrın ilk günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi ərazilərdə leysan, şimşək və dolu olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yüksək dağlıq ərazilərdə qar yağması, dağlıq ərazilərdə isə sulu qara keçməsi ehtimalı var.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: