1790665665 E87RdmZO large

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni seçilmiş prezidenti Timur Turlovun ilk rəsmi səfəri Ermənistana olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, sentyabrın 29-da Tsaxkadzorda 2026-cı il məktəblilər arasında şahmat üzrə dünya komanda çempionatının Avropa qitə mərhələsi başlayacaq və açılış mərasimində FİDE prezidenti, Məktəblilər arasında Beynəlxalq Şahmat Federasiyasının prezidenti Timur Turlov da çıxış edəcək.

Xatırladaq ki, Timur Turlov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti sentyabrın 26-da Özbəkistanın Səmərqənd şəhərində, 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində keçirilən seçkilər zamanı seçilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: