10da73fa 0acb 4239 a691

İran ordusunun sözçüsü, general Məhəmməd Əkrəminiya ABŞ-ın mümkün hərbi müdaxiləsinin Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə biləcəyi barədə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Əkrəminiyanın sözlərinə görə, ABŞ hazırda regionda “həssas vəziyyətdədir” və Vaşinqtonun hərbi təcavüzə əl atması Yaxın Şərqdə daha genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər.

“Amerikalılar regionda heç də yaxşı vəziyyətdə deyillər. Əgər ABŞ-də hər şey qaydasında olsaydı, onlar vəziyyəti dəyişməyə çalışmazdılar”, – deyə İran rəsmisi bildirib.

O, həmçinin İran Silahlı Qüvvələrinin ABŞ tərəfindən mümkün zərbələrə əvvəlkindən daha hazırlıqlı olduğunu iddia edib. General bildirib ki, İran ordusunda hərbi hazırlıq gücləndirilib, təchizat imkanları optimallaşdırılıb və döyüş bölmələrinin arsenalına yeni silah və texnika nümunələri daxil edilib.

Əkrəminiya xəbərdarlıq edib ki, ABŞ-ın mümkün hücumu yalnız İranla məhdudlaşmaya və regionun digər ölkələrinə də təsir göstərə bilər. Onun sözlərinə görə, belə bir ssenari Yaxın Şərqdə müharibə, qeyri-sabitlik və zorakılığın daha geniş yayılmasına gətirib çıxara bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: