menzil 900x565 1

Azərbaycanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi indiyədək 3,2 milyon kvadratmetrdən çox tikinti sahəsini investisiyalar üçün hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bunu Komitənin Şəhər Regenerasiyası üzrə Layihələrin İdarə Edilməsi Departamentinin rəhbəri Ramil Cahangirov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

O bildirib ki, Komitə 17 mindən çox mənzil vahidinin tikintisinə icazə verib, yüz minlərlə kvadratmetr sahə isə layihələndirmənin müxtəlif mərhələlərindədir.

R.Cahangirov dövlət-özəl tərəfdaşlığının vacibliyini vurğulayaraq qeyd edib ki, dövlət strateji və tənzimləyici çərçivəni, özəl sektor isə investisiya və texniki imkanları təmin edir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: