pezeskian 900x520 1

“ABŞ-la razılaşma əldə olunacağı təqdirdə Tehran 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatlarını azaltmağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Beynəlxalq hüquq çərçivəsində və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əsasən, mövcud normalardan irəli gələn bütün tələbləri yerinə yetirəcəyik. Biz danışıqlar aparırdıq və bu materialın ehtiyatlarını əhəmiyyətli dərəcədə azaltmağa, onu zənginlik səviyyəsini aşağı salmağa hazır idik”, – deyə İran Prezidenti “Fox News” telekanalının aparıcısının sualını cavablandırarkən bildirib.

Pezeşkian həmçinin qeyd edib ki, İran heç vaxt nüvə silahı yaratmağa çalışmayıb.

“Qətiyyən yox. Hörmətli Ali Liderimizin dəfələrlə bəyan etdiyi kimi, bu, dini göstərişlərə ziddir. Kütləvi qırğın silahlarına sahib olmaq qanunsuzdur”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: