Lavrov 134132

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə bağlı bir sıra mühüm açıqlamalar verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Lavrov bildirib ki, Moskva ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə planını hələ rəsmi olaraq almayıb, lakin sənədin konkret formullarını müzakirə etməyə hazırdır:

Rusiya Vaşinqtondan hazırda Brüssel və Kiyevlə razılaşdırılma mərhələsində olduğu bildirilən planın “ara variantını” gözləyir”.

Nazir həmçinin qeyd edib ki, Ukrayna münaqişəsinin həllində Fransa və Almaniyanın vasitəçiliyindən söhbət belə gedə bilməz. Onun fikrincə, Belarus və Türkiyə bu prosesdə real vasitəçi rolunu oynaya biləcək ölkələrdir.

Lavrov Rusiya tərəfinin ABŞ-ın Ukrayna məsələsində mövqeyini qiymətləndirdiyini açıqlayıb və vurğulayıb ki, münaqişənin nizamlanması istiqamətində təşəbbüs göstərən yeganə Qərb dövləti məhz ABŞ-dır.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: