IMG 5306

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Manqistau vilayətinin Aktau şəhərində hərbi təlimlər zamanı 19 hərbçi Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşib.

Globalinfo.az-a danışan Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov deyib ki, artıq 12 nəfərin meyiti sudan çıxarılıb.

Ş.Hüseynov Aktauda yaşayan azərbaycanlıların zərərçəkənlərin yaxınlarına dəstək göstərdiklərini qeyd edib:

“Türk dövlətiyik, qardaş xalqıq. Bu səbəbdən də Aktauda yaşayan azərbaycanlılar xəbəri eşidən kimi hadisə yerinə gedərək qardaş xalqımıza yardım əlini uzatdılar. Orada olan insanlara lazımi köməklik göstərdilər, dəstək oldular. Məlumata görə, həlak olanlar arasında əslən Özbəkistandan olan hərbçi də var. Özüm də səhər həmin yerə getdim, xalqımıza müraciət etdim ki, belə gündə qardaş xalqın yanında olmaq lazımdır. Hər kəs də sağ olsun, gəlib iştirak etdi. Qazax xalqına başsağlığı veririk”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: