zelenskiy reu 2076192 900x506 1

Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya “raketlə” gedəcəyini bildirməsi Rusiyada diqqətçəkən reaksiyaya səbəb olub.

Globalinfo.az xəbər verir ki, Rusiyanın “Voyevoda danışır” Telegram kanalı Zelenskinin açıqlamasını şərh edərək Ukraynanı “əyləncəli qış”ın gözlədiyini yazıb.

“Qarşıda hələ “əyləncəli qış” var. Dediyimiz kimi, çox güman ki, bu, rəqibin belini qırmaq üçün son imkan pəncərəsidir”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Zelenskinin danışıqlar üçün Moskvaya gələ biləcəyini və səfər zamanı ona lazımi təhlükəsizlik təminatlarının veriləcəyini açıqlayıb.

Bundan sonra BMT Baş Assambleyasını Nyu-Yorkda işıqlandıran jurnalistlər Zelenskidən Moskvaya nə vaxt gedəcəyini soruşublar. Ukrayna lideri isə Moskvaya gedəcəyi təqdirdə bunu “raketlə” edəcəyini deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: