Türkiyə Rusiya-Ukrayna müharibəsinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunması şərtilə başa çatacağına ümid edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Ankara müharibənin sona çatdırılması və sülhün təmin olunması istiqamətində diplomatik səylərin davam etdirilməsini vacib sayır.
Türkiyə prezidenti daha əvvəl də Ankaranın Rusiya ilə Ukrayna arasında danışıqların bərpasına və münaqişənin diplomatik yollarla həllinə hazır olduğunu bəyan edib.
Əliyar Xəlil