15 1 pic 32ratio 1200x800 1200x800 65954

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinə hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə vilayət seçki komissiyasının sədri Yelena Annenkova açıqlama verib.

Onun sözlərinə görə, hücum nəticəsində vilayətin sərhədyanı rayonlarında yerləşən yeddi seçki komissiyasının binasına ziyan dəyib. Təhlükəsizlik məqsədilə həmin məntəqələrdə çalışan əməkdaşlar ehtiyat binalara təxliyə olunublar.

Annenkova hadisə nəticəsində ölən və yaralananların olmadığını bildirib.

Məlumata görə, yeddi ərazi seçki komissiyasının binasında ümumilikdə 18 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Təhlükəsizlik tədbirləri çərçivəsində sərhədyanı ərazilərdə səsvermə məhdudlaşdırılıb və Moskva vaxtı ilə saat 15:00-a qədər keçirilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: