İrəvanda Rusiya səfirliyinin qarşısında aksiyalar başlayıb.
Globalinfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, səfirliyin qarşısı “Günorta Putinə qarşı” aksiyasında iştirak etməyə yığışan Rusiya vətəndaşları ilə doludur.
Qeyd edək ki, Rusiya müxalif siyasətçisi İlya Yaşin Ermənistanda həyatına təhlükə yarana biləcəyi barədə xəbərdarlıq aldıqdan sonra İrəvana planlaşdırılan səfərini ləğv etmişdi.
Onun “Dinc Rusiya üçün günorta” aksiyasında iştirak edəcəyi bildirilirdi.