ABŞ Prezidenti Donald Tramp Merilend ştatında yerləşən “Camp David” iqamətgahını planlaşdırılandan əvvəl tərk edərək Vaşinqtona qayıdıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Trampın səfərinin sentyabrın 20-si axşam başa çatması planlaşdırılırdı. Prezidentin qrafikindəki dəyişikliyin səbəbi açıqlanmayıb.
ABŞ mediası Trampın səfərini yarımçıq dayandırmasını Yaxın Şərqdəki vəziyyətlə əlaqələndirir.
Ehtimallardan biri onun Yəmən husilərinin Ər-Riyada endirdiyi zərbə ilə bağlı Vaşinqtona qayıtmasıdır.
“Fox News” isə Trampın İrandan müharibənin dayandırılması ilə bağlı şərtlərin ötürülməsinə görə geri qayıda biləcəyini istisna etməyib.
Safura Bənnayeva
Globalinfo.az