px 1

Sentyabrın 18-də Xətai rayonunda rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə”20 sentyabr – Dövlət Suverenliyi Günü” nə həsr olunmuş “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir keçirilib.

Globalinfo.az bildirir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Mixael Zabelin, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xalq Artisti, şəhid atası Əli Nur, rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şəhid ailələri və qazilər iştirak ediblər.

Tədbirdə  Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Çıxışlarda qeyd olunub ki, ölkəmizdə hər il 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Sentyabrın 20-də həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyinin bərpası təmin edilib. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı sərəncamla sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edilib. Bu gün ölkənin müasir tarixində dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpasını ifadə edən əlamətdar tarix kimi qeyd olunur və milli dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Həmçinin çıxışlarda şəhidlərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri qəhrəmanlıqdan, qazilərin fədakarlığından bəhs edilib. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri Vətən müharibəsində və Azərbaycanın suverenliyinin bərpası uğrunda şəhid olan övladlarının əziz xatirəsinin daim uca tutulduğunu qeyd ediblər. Onlar şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda tanınmış incəsənət ustalarının ifasında musiqi nömrələri səsləndirilib və şəhid ailələrinə hədiyyələr təqdim olunub.

px 2 scaled px 3 scaled px 4 scaled px 5 scaled px 6 scaled px 7 scaled px 8 scaled px 9 scaled px 10 scaled px 11 scaled px 12 scaled px 13 scaled px 14 scaled px 15 scaled px 16 scaled px 17 scaled px 18 scaled px 19 scaled px 20 scaled px 21 scaled px 22 scaled px 23 scaled px 24 scaled px 25 scaled px 26 scaled px 27 scaled px 28 scaled px 29 scaled px 30 scaled px 31 scaled

Paylaş: