Baki

İranın İrəvandakı səfiri Mehdi Şirqolami Azərbaycan və Ermənistan arasında Naxçıvan ərazisindən dəmir yolu əlaqəsinin təmin ediləcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, Şirqolami bu barədə yerli KİV-ə açıqlamasında danışıb.

Diplomatın sözlərinə görə, bu istiqamətdə dəmir yolu bağlantısının yaradılması regionda nəqliyyat əlaqələrinin genişlənməsinə və ölkələr arasında iqtisadi münasibətlərin inkişafına mühüm töhfə verə bilər.

“Naxçıvan üzərindən dəmir yolu xəttinin tikintisinə başlanması ilə Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də regional yükdaşımaların artırılması imkanlarının yaranacağı gözlənilir”, – deyə o bildirib. 

Şirqolami qeyd edib ki, bu marşrut İranın da regiondakı nəqliyyat və tranzit imkanları baxımından əhəmiyyətli rol oynaya bilər. Naxçıvan üzərindən yeni dəmir yolu bağlantısının yaradılması bölgədə daha geniş nəqliyyat şəbəkəsinin formalaşmasına şərait yarada bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: