Cəlilabad rayonunda içməli su xəttində qəza baş verib.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə Cəlilabad-Uzuntəpə yolunun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində su yolun hərəkət hissəsinə axıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.