uuuk

Ukrayna Prezidenti Volodimir Zelenski bu gecə Rusiyanın neft emalı zavoduna və hərbi aerodroma endirilən zərbələrin uğurlu olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Zelenski bu barədə Teleqram kanalında yazıb.

    O, Rostovdakı hərbi aerodroma endirilən zərbə nəticəsində “An-12” tipli bir təyyarə, iki “An-26” təyyarəsi və daha üç helikopterin məhv edildiyi təsdiqləyib.

    Zelenski Qara dənizdə də “yaxşı nəticələrin” əldə edildiyini bildirib.

    “Biz hər gün təcavüzə cavab veririk. Rusiya sülhü seçməlidir”, – Ukrayna Prezidenti vurğulayıb.

    Paylaş: