260413 N QF605 3193

ABŞ, İsrail və səkkiz ərəb ölkəsinin yüksək rütbəli hərbi rəsmiləri ötən həftə Almaniyada İranla mümkün müharibə və regiondakı təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün qapalı görüş keçirib.

Globalinfo.az xəbər verir ki, “Axios”un məlumatına görə, görüş ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən təşkil olunub.

Toplantıda İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misirin hərbi rəhbərləri iştirak ediblər.

Məlumata görə, CENTCOM komandanı Kuper görüş zamanı İranın hücumlarına baxmayaraq, ABŞ hərbçilərinin regionda qalacağını bildirib.

O, həmçinin iştirakçılara Hörmüz boğazından keçən gəmiçiliyin genişləndirilməsi ilə bağlı hazırlanan planlar barədə məlumat verib.

Görüşün əsas gündəliyinin İran təhlükəsi, regional müdafiə imkanları və mümkün hərbi ssenarilər olduğu bildirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: