1014325 src

ABŞ müdafiə sənayesi istehsal xətlərinin sürətləndirilməsi, müəssisələrin gücünün artırılması və kritik materialların ehtiyatlarının yaradılması üzərində işləyir. Lakin bu proses üçün əhəmiyyətli vaxt tələb olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin hesabatında deyilir.

Hesabata görə, əsas problemlər bərk yanacaqlı raket mühərrikləri, partlayıcı maddələr və barıt istehsalı, həmçinin ixtisaslı işçi çatışmazlığı ilə bağlıdır.

ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbəri Pit Heqset daha əvvəl sursat çatışmazlığı barədə xəbərləri təkzib edərək, ordunun kifayət qədər silaha malik olduğunu bildiriblər.

Bununla belə, Ağ Ev Konqresdən 87,6 milyard dollar əlavə maliyyə istəyib. Vəsaitin 67,1 milyard dollarının Müdafiə Nazirliyinə, əsasən sursat ehtiyatlarının bərpasına və İrana qarşı əməliyyat xərclərinin qarşılanmasına yönəldilməsi nəzərdə tutulub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: