Rusiyanın Ermənistana ixrac etdiyi qazın qiymətini artırması Ermənistanın heç bir planına uyğun gəlmir. Bu ssenari ölkə üçün “apokalipsis” nəticələrə səbəb ola bilər.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan deyib.
Onun sözlərinə görə, belə bir vəziyyət ilk növbədə ölkədə ümumi inflyasiya səviyyəsinin yüksəlməsi ilə nəticələnə və ikili təsir yarada bilər.
“Biz bu ssenarini nəzərdə saxlayırlq və onu nəzərə alırıq. Bu, daha çox apokalipsis vəziyyəti nəzərdə tutur və belə bir ssenariyə reaksiyamız daha güclü olmalıdır. Hazırda isə bu cür problemlərin yarana biləcəyini nəzərə alaraq, normal rejimdə fəaliyyətimizi davam etdiririk”, – deyə Qalstyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl Rusiyadan alınan qazın qiymətinin strateji razılaşmalarla müəyyənləşdirildiyini və dəyişdirilməməli olduğunu vurğulayıb.
Daha sonra Paşinyan Ermənistanın Rusiya qazına alternativ axtarmağa başladığını açıqlayıb.
Əliyar Xəlil