sepah

İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının keçmiş rəis müavini Məhəmməd Cəfər Əsədi Fars körfəzinin cənubundakı bəzi ölkələrə sərt mesaj göndərib.

Globalinfo.az xəbər verir ki, bəyanat İranın “Defa Press” agentliyi tərəfindən yayımlanıb. Əsədi bildirib ki, İran həmin ölkələrin xalqlarına hörmətlə yanaşır, lakin onların ərazilərinin İranın düşmənləri tərəfindən hərbi baza kimi istifadə olunmasına artıq dözməyəcək.

“Biz bu regionun əhalisini öz xalqımız kimi görürük. Lakin bu ölkələrin rəhbərləri bilməlidirlər ki, artıq güzəştə getməyəcəyik”, – deyə o bildirib.

İranlı general bölgənin “İslam düşmənlərinin” təsirindən təmizlənməsinin vacibliyini vurğulayıb və xarici qüvvələrin regionu tərk etməli olduğunu deyib.

Əsədi həmçinin xəbərdarlıq edib ki, Körfəz ölkələrinin rəsmiləri ABŞ-a yeni hərbi bazalar təqdim edərsə, bunun nəticələri ağır ola bilər.

“Allahın lütfü ilə əlimizdə bir-birinin ardınca nümayiş etdirəcəyimiz çoxlu sürprizlər var”, – deyə o əlavə edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: