husiler 900x487 2

Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə bağlı silahlı qüvvələr ölkənin bir neçə istiqamətində husilərin mövqelərinə qarşı hücumları intensivləşdirib.

Globalinfo.az xəbər verir ki, “EFE” xəbər agentliyinin məlumatına görə, hökumət qüvvələri əsasən ölkənin mərkəzində yerləşən Marib və cənub-qərbdəki Taiz əyalətlərində husilərin mövqelərini hədəfə alıb.

Bundan əlavə, Mocha və Dubab şəhərləri ətrafındakı təchizat yollarına da zərbələr endirilib. Ordu Yəmənin qərb sahili boyunca hərbi əməliyyatlarını davam etdirir.

Məlumata görə, ötən həftə husilər hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma keçiblər. Onların Yəmənin Qırmızı dəniz sahilinin böyük hissəsinə, həmçinin Bab əl-Məndəb boğazına yaxın ərazilərə nəzarəti ələ keçirdiyi bildirilir.

Bu arada, husilərlə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı zərbələrin də davam etdiyi qeyd olunur.

Tahir Turan
Globalinfo.az

Paylaş: